NATO aqressiv xarakter daşıyır və Alyansın istənilən genişlənməsi təhlükəsizlik və sabitlik gətirmir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov NATO-nun Ukrayna, Gürcüstan və Bosniya və Herseqovina dəstəyini genişləndirəcəyi bəyanatına və bu ölkələrin şimal alyansına daxil olmasının mümkünlüyünə Kremlin necə yanaşdığı ilə bağlı suala cavabında bildirib.
“Bilirsiniz ki, biz bu ittifaqın aqressiv xarakterinə əminik. Bu, qeyri-müdafiə alyansıdır və bu alyansın fəaliyyətinin və onun təsirinin hər hansı genişlənməsi əlavə təhlükəsizlik və sabitlik gətirmir”, - Kremlin sözçüsü vurğulayıb.