Kreml: İran-İsrail münaqişəsinin coğrafi genişlənməsi təhlükəsi var

Kreml: İran-İsrail münaqişəsinin coğrafi genişlənməsi təhlükəsi var
# 19 iyun 2025 13:28 (UTC +04:00)

İran-İsrail münaqişəsinin coğrafi genişlənməsi təhlükəsi var.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Moskvanın İran-İsrail münaqişəsinin sülh müstəvisinə çıxmasına səbəb görmədiyini, əksinə onun coğrafi genişlənməsi təhlükəsinin olduğunu söyləyib.

Peskov qeyd edib ki, Kreml İsrail və İran arasında münaqişənin həllində gələcəkdə Rusiyanın vasitəçiliyinə ehtiyac olub-olmayacağını proqnozlaşdıra bilməz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR