Paşha Bank
Bank Of Baku

Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər

Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər
# 08 oktyabr 2026 12:27 (UTC +04:00)

Əgər İran həqiqətən də nüvə silahlarının yayılmaması haqqında müqavilədən çıxmağı planlaşdırırsa, bu mövzu Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında görüşdə qaldırıla bilər.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmasını istəmədiyini açıqlayıb. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov rəsmi Moskvanın bu müqaviləni nüvə silahının yayılmaması rejiminin təməl daşı hesab etdiyini söyləyib.

Xatırladaq ki, Türkmənistanda Xəzərin ekologiyasına həsr olunacaq sammit çərçivəsində Rusiya və İran prezidentlərinin görüşü planlaşdırılıb

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR