Kreml: Kiyevlə danışıqların yeri ilə bağlı qərar verilməyib

Kreml: Kiyevlə danışıqların yeri ilə bağlı qərar verilməyib
# 21 may 2025 15:08 (UTC +04:00)

Ukrayna ilə mümkün danışıqların yeri ilə bağlı məsələ açıq qalır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vatikanda mümkün görüşün təşkili ilə bağlı sualları cavablandırarkən deyib.

Kreml sözçüsü növbəti danışıqların yeri ilə bağlı qərarın hələ verilmədiyini qeyd edərək, bunun bütün maraqlı tərəflərin verməli olduğunu bildirib.

Qeyd edək ki, Roma Papası XIV Leo Ukraynadakı münaqişənin həllinə kömək etməyə hazır olduğunu bildirib və sülh danışıqları üçün mümkün məkan kimi Vatikanı təklif edib. Təşəbbüsü ABŞ prezidenti Donald Tramp dəstəkləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR