Bank Of Baku

Kreml KTMT sammitində Ermənistanın iştirak etməməsindən təəssüflənir

Kreml KTMT sammitində Ermənistanın iştirak etməməsindən təəssüflənir
# 23 noyabr 2023 17:41 (UTC +04:00)

Kreml Minskdə KTMT sammitində Ermənistandan heç kimin iştirak etməməsindən təəssüflənir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

"Rusiya Federasiyası ümid edir ki, Ermənistan öz xarici siyasətinin vektorunu dəyişməyəcək və müttəfiq olaraq qalacaq", - deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, bu gün Belarus paytaxtında KTMT liderlərinin sammiti keçirilib. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan dövlət başçılarının iştirak etdiyi sammitdə təşkilata üzv ölkələrdən Ermənistan tərəfi təmsil olunmayıb. Ermənistan Baş naziri Nikol Paşinyan sammitdə iştirakdan imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR