Ukrayna zərbə endirmək cəhdlərindən əl çəkmir, lakin Rusiyanın hava hücumundan müdafiə sistemi effektiv işləyir, müvafiq tədbirlər görülür.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Kurçatov şəhərində təyyarə tipli PUA-nın Kursk AES-dən bir neçə kilometr aralıda düşməsini şərh edərkən bildirib.
"Aydındır ki, düşmən (Ukrayna - red.) zərbə endirmək cəhdlərindən əl çəkmir. Amma bizim bütün hava hücumundan müdafiə sistemlərimiz işləyir, effektiv işləyir. Onlar dəfələrlə öz effektivliyini nümayiş etdirirlər, müvafiq tədbirlər görülür", - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, Rusiya tərəfi Kursk vilayətinin Kurçatov şəhərində yerləşən atom elektrik stansiyası yaxınlığına dron düşdüyünü və partlayış baş verdiyini açıqlayıb.