Kreml Rusiya xarici işlər naziri Sergey Lavrovun istefaya göndərilməsinin gözlənilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
APA-nın Moskva müxbirinin məlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov bu xəbəri şayiə adlandırıb.
“Rusiya XİN başçısının gözlənilən istefası ilə bağlı şayiələrə inanmağa dəyməz”, deyə Kremlin sözçüsü vurğulayıb.