Kreml Litvanın Kalininqraddan bir sıra malların tranzitini dayandırmasına reaksiya verib

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 20 iyun 2022 14:04 (UTC +04:00)

Litvanın Kalininqrad vilayətindən bir sıra malların tranzitini dayandırmaq qərarı görünməmiş bir qərardır, Rusiya bunu qanunsuz hesab edir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu, həqiqətən, görünməmişdir qərardır. Bu, hər şeyin pozulmasıdır. Biz başa düşürük ki, bu, Avropa İttifaqının müvafiq qərarı - sanksiyaların tranzitə də aid edilməsi ilə bağlıdır. Biz bunu da qanunsuz hesab edirik", - Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR