Kreml Makronun Ukraynaya qoşun yeritmək ehtimalı ilə bağlı bəyanatına münasibət bildirib

Kreml Makronun Ukraynaya qoşun yeritmək ehtimalı ilə bağlı bəyanatına münasibət bildirib
# 27 fevral 2024 14:36 (UTC +04:00)

Kreml Fransa Prezidenti Emmanuel Makronun Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək ehtimalı ilə bağlı bəyanatına münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov NATO ölkələrindən Ukraynaya müəyyən kontingentlərin göndərilməsinin mümkünlüyünün müzakirəsi faktını vacib adlandırıb.

“Əlbəttə ki, bu çox vacibdir, yeni elementdir. Fransa Prezidentinin çıxışının bütün digər elementləri artıq bu və ya digər şəkildə səsləndirilib və nəzərə alınıb. Biz cənab Makronun Rusiyaya strateji məğlubiyyətin verilməsinin zəruriliyi ilə bağlı mövqeyini yaxşı bilirik. Amma biz diqqət yetirdik ki, Ukraynaya hərbi qulluqçuların göndərilməsi mövzusu həqiqətən də müzakirə olunub”, - deyə Kremlin sözçüsü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR