Moskva I Pyotrun Avropaya açdığı pəncərəni bağlamağı planlaşdırmır.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü Rusiyanın Qərblə münasibətlərdəki çətinliklərə görə “Avropaya pəncərəni bağlayacaqmı?” sualına “Heç kim nəyisə bağlamağı planlaşdırmır”, - deyə cavab verib.
O, həmçinin bildirib ki, dövlət başçısı I Pyotrun Rusiya tarixindəki rolunu yüksək qiymətləndirir və hətta iyunun 9-da Pyotrun anadan olmasının 350 illiyi ilə bağlı tədbirlərdə iştirak etməyi planlaşdırır.