Bank Of Baku

Kreml Moskva regionuna dron hücumuna münasibət bildirib

Kreml Moskva regionuna dron hücumuna münasibət bildirib
# 21 iyun 2023 13:48 (UTC +04:00)

Radioelektron mübarizə vasitələri Moskva vilayətində öz vəzifəsinin öhdəsindən gəlib, araşdırma aparılır, təfərrüatlar Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməlidir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Moskva regionuna bu gün baş verən dron hücumunu şərh edərkən bildirib.

"Həqiqətən də, dron hücumu olub. Dronlarla mübarizə vasitələri öz işini görüb, indi müvafiq orqanlar araşdırma aparır", deyə Peskov vurğulayıb.

Kremlin rəsmisi əlavə edib ki, Moskva vilayətində PUA-lar zərərsizləşdirilib, lakin əməliyyatın təfərrüatları ilə bağlı Müdafiə Nazirliyi ilə danışılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR