HAMAS nümayəndə heyətinin Moskvada nə “Kreml proqramı” var, nə də Kremllə təması.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, HAMAS nümayəndə heyətinin Moskvaya səfəri ilə bağlı Rusiya XİN-nin məlumat yaydığını xatırladıb.
Kremlin sözçüsü vurğulayıb ki, rəsmi Moskva bütün tərəflərlə təmasları davam etdirir, o cümlədən İsraillə dialoqu davam etdirəcək: "Fələstin-İsrail münaqişəsi bütün regionda gərginliyə səbəb olur. Terrorizmin heç bir təzahürünə haqq qazandırmaq olmaz"
Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi HAMAS nümayəndə heyətinin Moskvaya səfərini terrora dəstək kimi qiymətləndirib.
Rusiyanın İsraildəki səfirliyi Rusiyanı terrorizmi dəstəkləməkdə ittiham etmək cəhdlərini qəbuledilməz adlandırıb.