Bank Of Baku

Kreml Nausedanın Kalininqradı Litvanın tərkib hissəsi adlandırmasına münasibət bildirib

Kreml Nausedanın Kalininqradı Litvanın tərkib hissəsi adlandırmasına münasibət bildirib
# 10 yanvar 2025 13:53 (UTC +04:00)

Litvanın Rusiya Federasiyasına qarşı ərazi iddiaları var.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Litva Prezidenti Qitanas Nausedanın Kalininqradı Litva ərazisi olması haqqında söylədiyi sözlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Litvanın Rusiyaya qarşı ərazi iddialarının olması Moskvanın təhlükəsizliyi təmin etmək üçün gördüyü bütün tədbirlərə haqq qazandırır.

Qeyd edək ki, Nauseda Rusiyanın Avropadakı eksklav ərazisi olan Kalininqradı Litvanın tərkib hissəsi adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR