Bank Of Baku

Kreml Navalnı haqda filmə “Oskar” mükafatının verilməsinə münasibət bildirib

Kreml Navalnı haqda filmə “Oskar” mükafatının verilməsinə münasibət bildirib
# 13 mart 2023 14:26 (UTC +04:00)

Kreml Aleksey Navalnı haqqında filmə “Oskar” mükafatının verilməsinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov filmin keyfiyyəti barədə mühakimə yürütməyəcəyini söyləyib:

"Çünki filmə baxmamışam. Amma güman edirəm ki, burada siyasiləşmə elementi var", o deyib.

Qeyd edək ki, rusiyalı müxalif Aleksey Navalnı haqqında film sənədli film nominasiyasında “Oskar” mükafatına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR