Kreml Paris Olimpiadasının keçirilməsinə müdaxilə cəhdləri ilə bağlı iddiaları təkzib edib

Kreml Paris Olimpiadasının keçirilməsinə müdaxilə cəhdləri ilə bağlı iddiaları təkzib edib
# 04 iyun 2024 14:32 (UTC +04:00)

Rusiyanın Parisdə Yay Olimpiya Oyunlarının keçirilməsinə müdaxilə cəhdləri ilə bağlı iddiaların heç bir əsası yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Microsoft”un Moskvanın Olimpiya Oyunlarını gözdən salmağa çalışması ilə bağlı xəbərinə münasibət bildirərkən deyib.

O, Moskvanın Paris Yay Olimpiya Oyunlarının keçirilməsinə müdaxilə cəhdləri ilə bağlı iddialarını böhtan adlandırıb.

"Təəssüf ki, biz getdikcə daha çox bu cür tənqidlərlə üzləşirik, lakin bunun reallıqla heç bir əlaqəsi yoxdur. Bu, böhtandan başqa bir şey deyil", - Kremlin sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR