Bank Of Baku

Kreml: Paşinyan Putinə zəng edib - YENİLƏNİB

Kreml: Paşinyan Putinə zəng edib - YENİLƏNİB
# 20 sentyabr 2023 22:02 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin və Paşinyan Qarabağ ətrafındakı vəziyyətlə bağlı son hadisələri müzakirə ediblər.

Rusiya prezidenti münaqişənin kəskin mərhələsinin aradan qaldırılmasına nail oldunduğunu məmnunluqla qeyd edib.

Putin Rusiya sülhməramlılarının fəal iştirakı ilə hərbi əməliyyatların tam dayandırılması və sentyabrın 21-də Bakı və Xankəndi nümayəndələri arasında danışıqların aparılması haqqında əldə olunan razılaşmanı alqışlayıb. Danışıqların Rusiya sülhməramlı kontingentinin rəhbərliyinin vasitəçiliyi ilə baş tutacağını bildirib.

***

20.54

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Putin Paşinyanla Qarabağdakı vəziyyəti və Rusiya-Ermənistan ikitərəfli münasibətlərini müzakirə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR