Bank Of Baku

Kreml: "Patriot" sistemləri Ukraynaya çatdırılsa, qanuni hədəfə çevriləcək

Kreml: "Patriot" sistemləri Ukraynaya çatdırılsa, qanuni hədəfə çevriləcək
# 14 dekabr 2022 14:29 (UTC +04:00)

"Patriot" sistemləri Ukraynaya çatdırılsa, Rusiya silahlı qüvvələrinin qanuni hədəfinə çevriləcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “Patriot” sistemlərinin ABŞ-dan Ukraynaya çatdırılacağı təqdirdə qanuni hədəfə çevriləcəyi fikri ilə razılaşdığını söyləyib.

Rusiya Prezidentinin mətbuat katibi ABŞ-dan Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı rəsmi məlumatı gözləməyə çağırıb.

"Hələlik şərh verməzdim, çünki bunlar hamısı KİV-də yayılan xəbərlərdir. Bizim dövrümüzdə KİV xəbərləri etibarsızdır. Ona görə də hansısa rəsmi məlumat gözləyəcəyik", - deyə Kremlin sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR