Kreml 2024-cü ilin martında keçiriləcək Rusiya prezident seçkilərinə qədər dövlət başçısı Vladimir Putinlə Türkiyə prezidenti arasında dəfələrlə təmasların olacağına ümid edir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz ümid edirik ki, Rusiyada keçiriləcək prezident seçkilərinə qədər (Türkiyə prezidenti ilə-red ) dəfələrlə təmaslar olacaq", -deyə Kremlin sözçüsü vurğulayıb.