Ölkə xaricində müxalifətçilərin seçkilərin qeyri-legitimliyi ilə bağlı bəyanatlarını absurddur.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml rəsmisi Rusiya vətəndaşlarının Vladimir Putinə yüksək səviyyədə dəstəyinə diqqət çəkib.
"Ölkəmizdə keçirilən seçkilərin qeyri-legitimliyindən danışırıqsa, o zaman ölkə əhalisinin Prezident Putinə verdiyi 87 faiz səsin qeyri-legitimliyindən danışmaq lazımdır. Bu, absurddur. Biz buna belə yanaşırıq”, deyə Putinin sözçüsü vurğulayıb.