Rusiya Prezidenti Vladimir Putin daim və müntəzəm olaraq Belqorod vilayətinin Şebekino rayonundakı vəziyyətlə bağlı hərbçilərdən, sərhədçilərdən, xilasedicilərdən və yerli hakimiyyət orqanlarından məlumat alır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna qoşunlarının Belqorod vilayətinin Şebekino rayonuna hücum cəhdi etdiyini və bu cəhdlərin dəf edildiyini açıqlayıb.