Kreml: Putin-Ərdoğan görüşü Rusiyadakı prezident seçkilərindən əvvəl baş tutmayacaq

Kreml: Putin-Ərdoğan görüşü Rusiyadakı prezident seçkilərindən əvvəl baş tutmayacaq
# 26 fevral 2024 14:08 (UTC +04:00)

Putin və Ərdoğan arasında görüş Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərindən əvvəl baş tutmayacaq.

APA xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, görüşə hazırlığın aparıldığını diqqətə çatdırıb. Peskov əlavə edib ki, hər iki liderin cədvəlinə ən uyğun zamanda görüş baş tutacaq.

Kamilla Kazımova

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR