Rusiya və İran prezidentlərinin danışıqlarına hazırlıq gedir.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Vladimir Putinlə İbrahim Rəisi arasında danışıqlara hazırlıq getdiyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Putin Rəisinin 2022-ci ilin əvvəlində Rusiyaya səfər edəcəyini açıqlayıb.