Bank Of Baku

Kreml: Putin Ukrayna ilə danışıqlar üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır

Kreml: Putin Ukrayna ilə danışıqlar üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır
# 25 fevral 2022 16:57 (UTC +04:00)

“Putin Ukrayna ilə danışıqlar aparmaq üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama verib.

“Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu bildirib. Öncədən Putin Ukraynadakı əməliyyatın “DXR” və “LXR”-ə Ukraynanın demilitarizasiyası və denafikasiyası yolu ilə yardım etmək olduğunu açıqlamışdı”, - bildirib.

Peskov Minskdə danışıqlar üçün Rusiya tərəfinin Xarici işlər və Müdafiə nazirlikləri və Prezident Administrasiyasının əməkdaşlarından ibarət heyət göndərməyə hazır olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR