Rusiya prezidenti Vladimir Putin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Partiyanın xarici işlər üzər komissiyasının dəftərxana rəhbəri Van İ ilə görüşəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremldən bildirilib.
Qeyd edək ki, Van İ fevralın 21-dən Rusiya paytaxtında səfərdədir. O, dünən RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlər görüşüb. Hazırda isə van İ-nin Rusiya XİN-in qəbullar Evində Sergey lavrovla görüşü keçirilir.