Kreml: Putin və Tramp Ukrayna ilə bağlı dialoq aparmır

Kreml: Putin və Tramp Ukrayna ilə bağlı dialoq aparmır
# 03 iyul 2024 12:31 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukrayna ilə sülhün əldə edilməsi şərtləri ilə bağlı dialoq aparmırlar.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib .

“Xeyr, bu belə deyil”, – deyə Kremlin sözçüsü Qərb mediasında çıxan bu xəbərləri şərh edərkən bildirib.

Qeyd edək ki, Tramp dəfələrlə bəyan edib ki, yenidən ABŞ prezidenti seçiləcəyi təqdirdə Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişənin cəmi 24 saat ərzində həllinə nail olmaq niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR