Bank Of Baku

Kreml Putin-Zelenski görüşünün mümkünlüyünü istisna etmir

Kreml Putin-Zelenski görüşünün mümkünlüyünü istisna etmir
# 11 mart 2022 14:46 (UTC +04:00)

Heç kim Vladimir Putin və Vladimir Zelenskinin görüşünün mümkünlüyünü istisna etmir, lakin əvvəlcədən nümayəndə heyətləri və nazirlər dövlət başçılarının söhbət xatirinə deyil, nəticə üçün görüşməsinə əmin olmalıdırlar.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Heç kim Putinlə Zelenskinin görüşünün mümkünlüyünü istisna etmir. Bəli, bu, həqiqətən də konseptual olaraq mümkündür. Amma əvvəl həm nümayəndə heyətləri, həm də nazirlər öz üzərinə düşəni etməlidirlər ki, prezidentlər proses naminə və söhbət xatirinə görüşməsinlər, nəticə üçün görüşsünlər”, - Peskov vurğulayıb.

Kremlin sözçüsü Rusiya tərəfinin mövqeyinin məlum və aydın şəkildə ifadə olunduğunu, Ukrayna danışıqlarının iştirakçılarının diqqətinə çatdırıldığını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR