Rusiya prezidenti Vladimir Putin MDB sammitində iştirak etmək üçün oktyabr ayında Belarusa səfər etməyi planlaşdırır.
APA-nın məlumatına görə, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, o və Putin oktyabr ayında MDB ölkələrinin sammiti üçün Minskə səfərini razılaşdırıblar.
Peskov da bunu təsdiqləyib: "Bəli. Belə planlar var".