Bank Of Baku

Kreml: Putinin Çinə səfəri gündəmdədir

Kreml: Putinin Çinə səfəri gündəmdədir
# 12 iyul 2023 13:37 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri gündəmdədir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putinin Çinə səfəri gündəmdədir, lakin səfərin dəqiq tarixləri müəyyənləşdiriləcək.

Kremlin sözçüsü qeyd edib ki, Putinin Çinə səfəri zamanı gündəlikdə ticarət-iqtisadi əməkdaşlıq və beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi olacaq. "İndi Rusiya-Çin münasibətlərinin yüksək dinamikası üçün tamamilə uğurlu məqamdır", deyə Peskov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR