Bank Of Baku

Kreml Putinin G20 sammitində iştirak etməməsinin səbəbini açıqlayıb

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 11 noyabr 2022 13:53 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinin G20 sammitində iştirak etməmək qərarı onun qrafiki və Rusiyada olma zərurəti ilə bağlıdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, dövlət başçısının iş qrafiki və onun Rusiya Federasiyasında olma zəruriliyi ilə bağlı qərarı idi”, - Kremlin sözçüsü jurnalistlərin Rusiya liderinin G20 sammitində niyə iştirak etməmək qərarı verməsi ilə bağlı sualını cavablandırıb.

Qeyd edək ki, G20 sammiti 15-16 noyabrda Balidə keçiriləcək. Sammitdə Rusiyanı xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR