Rusiya Prezidenti Vladimir Putinin ictimaiyyət arasına çıxma səviyyəsinin aşağı salınması nəzərdə tutulmur, ölkədə birinci şəxslərin təhlükəsizliyi lazımi səviyyədə və bütün risklər nəzərə alınmaqla təmin edilir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Xeyr, ictimailəşmənin azaldılması nəzərdə tutulmur. Həm Prezidentin təhlükəsizliyi, həm də dövlət mühafizəsi obyekti olan bütün şəxslərin təhlükəsizliyi bütün risklər və təhlükələr nəzərə alınmaqla lazımi səviyyədə təmin edilir", - deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ hərbçilərinin Rusiya Federasiyası ərazisində və MDB ölkələrində terror aktları törətmək üçün yaraqlıları əməkdaşlığa cəlb etməsi ilə bağlı məlumat yayıb.