Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Minskdə noyabrın 23-nə planlaşdırılan sammitinə hazırlıq gedir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin KTMT sammitində iştirak formatı zamanı gələndə açıqlanacaq.
Putinin sammitdə videokonfrans formatında iştirak edib-etməyəcəyi və ya Minskə səfər etməyi planlaşdırıb-planlaşdırmadığı sualına cavab verən Kreml rəsmisi qeyd edib ki, bu barədə vaxtı gələndə məlumat veriləcək.
"Həqiqətən, belə təmaslar hazırlanır. Bəli, sammitə hazırlıq gedir. Sizə məlumat verəcəyik", - deyə Peskov yekunlaşdırıb.
Qeyd edək ki, noyabrın 1-də Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub və onlar KTMT-nin Minskdə keçiriləcək sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.