Vladimir Putinin növbəti dəfə prezidentliyə namizədliyini irəli sürməsi ilə bağlı qərar yoxdur.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Putinin namizədliyini irəli sürmək üçün təşəbbüs qrupunun yaradılmasının başlanması və onun özünün namizədliyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bununla bağlı hələlik heç bir qərar yoxdur.
Kremlin sözçüsü Putinin Rusiya Federasiyasının seçki dairələrinin nümayəndələri ilə görüşünün çərşənbə günü keçiriləcəyini də söyləyib.