Rusiya Prezidenti Vladimir Putin gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı heç bir açıqlama verməyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Putinin seçkilərlə bağlı qərar verdiyi iddia edilən nəşrlər haqqında danışarkən bildirib.
Peskov qeyd edib ki, Putin hələ bu məsələ ilə bağlı heç bir açıqlama verməyib və seçki kampaniyası hələ rəsmi olaraq elan edilməyib.
Qeyd edək ki, "Reuters" agentliyi öz mənbələrinə istinadən Putinin gələn ilin mart ayında keçiriləcək seçkilərdə növbəti altı il müddətə prezidentliyə namizədliyini irəli sürəcəyini yazıb.