Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin oxşarı olması ilə bağlı məlumatları təkzib edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Peskov bu cür bəyanatların Kremldə ancaq gülüşə səbəb olduğunu söyləyib.
"Xeyr. Heç bir oxşar yoxdur. Bu, bir sıra KİV-lər tərəfindən inadla müzakirə olunan absurd informasiya şayiələri kateqoriyasına aiddir. Əlbəttə ki, bu, təbəssümdən başqa heç nəyə səbəb olmur", - deyə Kremlin sözçüsü vurğulayıb.