Vladimir Putinin qrafikində Rəcəb Tayyip Ərdoğanla telefon danışığı yoxdur.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Rusiya prezidentinin qrafikində türkiyəli həmkarı ilə telefon danışığı olmadığını söyləyib.
Kremlin sözçüsünün sözlərinə görə, lazım olduğu təqdirdə, bu telefon danışığı təşkil oluna bilər.