Bank Of Baku

Kreml Putinin Şimali Koreya XİN başçısı ilə müzakirə etdiyi məsələləri açıqlayıb

Kreml Putinin Şimali Koreya XİN başçısı ilə müzakirə etdiyi məsələləri açıqlayıb
# 17 yanvar 2024 13:24 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyanın xarici işlər naziri ilə görüşdə ilk növbədə ölkələr arasında ikitərəfli münasibətlərin inkişafını müzakirə edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Şimali Koreyanın Rusiyanın çox mühüm tərəfdaşı olduğunu söyləyib. Qeyd edib ki, Moskva Koreya Xalq Demokratik Respublikası ilə bütün sahələrdə əlaqələri daha da inkişaf etdirməyə hədəflənib.

Qeyd edək ki, dünən Putin Kremldə Şimali Koreyanın XİN başçısı Çoi Sonq Hini qəbul edib. Dünən eyni zamanda Rusiya və KXDR XİN başçılarının görüşü də keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR