Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın eks-prezidenti Viktor Yanukoviçlə müntəzəm əlaqə saxladığını demək olmaz.
APA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama verib.
Xatırladaq ki, Viktor Yanukoviç bir müddət əvvəl Vladimir Zelenskiyə Donbasda münaqişəyə son qoymaq üçün təklif irəli sürdüyünü bildirib.