Bank Of Baku

Kreml: Putinlə Ərdoğan Rusiya-Qərb danışıqlarının keçirilməsini müzakirə edə bilər

Kreml: Putinlə Ərdoğan Rusiya-Qərb danışıqlarının keçirilməsini müzakirə edə bilər
# 10 oktyabr 2022 14:28 (UTC +04:00)

Kremlin sözçüsü Dmitri Peskov Prezident Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Ankaranın Ukrayna ilə bağlı Moskva və Qərb arasındakı danışıqların keçirilməsi təklifini müzakirə edəcəyini istisna etməyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Peskov bunun mümkün olduğunu bildirib.

“Rusiya Ukrayna ilə bağlı Qərblə danışıqlara dair təkliflər almayıb, hələlik heç bir konkretlik yoxdur, bunun nə ilə nəticələnə biləcəyini anlamaq lazımdır”, - o deyib.

Qeyd edək ki, Türkiyə tərəfinin Ukrayna ilə bağlı Rusiya və Qərb ölkələri arasında danışıqlar təşkil etməsi təşəbbüsü ilə çıxış etməsinə dair məlumatlar yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR