Bank Of Baku

Kreml Qazaxıstanda NATO mərkəzinin açılması ilə bağlı məlumatlara münasibət bildirib

Kreml Qazaxıstanda NATO mərkəzinin açılması ilə bağlı məlumatlara münasibət bildirib
# 25 oktyabr 2023 14:05 (UTC +04:00)

Kreml Astanadan NATO-nun Sülhməramlı Qüvvələr Mərkəzi ilə bağlı yayılan informasiya barədə əlavə məlumat gözləyir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Sadəcə olaraq daha ətraflı məlumat toplamaq lazımdır. Sülhməramlı missiyanın özünəməxsus xüsusiyyətləri var. Qazaxıstan ordusu dünyanın müxtəlif yerlərində iştirak edir. Bütün bu proses amerikalılar tərəfindən sülhməramlıların hazırlanmasıdır. Əlbəttə ki, biz Astanadakı dostlarımızdan əlavə məlumat alacağımıza ümid edirik”, - deyə Rusiya prezidentinin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Qazaxıstan Müdafiə Nazirliyi ölkədə yeni NATO mərkəzinin açılmadığını bəyan edib. Nazirlikdən bildirilib ki, oktyabrın 23-də Almatıda ABŞ-ın Qazaxıstandakı səfirinin iştirakı ilə Sülhməramlı Əməliyyatlar Mərkəzinin yeni konfrans zalı açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR