Bank Of Baku

Kreml Qələbə paradının keçiriləcəyi ilə bağlı anons verib - VİDEO

Kreml Qələbə paradının keçiriləcəyi ilə bağlı anons verib - VİDEO
# 06 aprel 2022 13:28 (UTC +04:00)

Kreml 9 May Qələbə paradının keçiriləcəyi ilə bağlı anons verib.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, faşizm üzərində Qələbənin 77-ci ildönümünə həsr olunmuş hərbi paradın böyük məşqinin mayın 7-də keçiriləcəyi bildirilib.

Mayın 9-da isə Qırmızı Meydanda hərbi parad keçiriləcək.

Kremlin mətbuat xidməti jurnalistlərin 9 may paradına akkreditasiyasını da açıq elan edib. Belə ki, yerli və xarici media nümayəndələri üçün aprelin 12-nə kimi akkreditasiya üçün müraciət etmək tələbi qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR