Kreml: Qərbin Ukraynaya tank tədarükü vəziyyəti dəyişməyəcək

Kreml: Qərbin Ukraynaya tank tədarükü vəziyyəti dəyişməyəcək
# 16 yanvar 2023 14:26 (UTC +04:00)

Qərbin Ukraynaya tank tədarükü vəziyyəti dəyişməyəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya tank tədarükü ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

O, Qərbin tank tədarükünün vəziyyəti dəyişməyəcəyini, ancaq Ukrayna xalqının iztirablarını uzadacağını söyləyib.

“Bu tanklar yanır və digərləri kimi yanmağa davam edəcək", deyə Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR