Kreml Qırğızıstanda dövlət çevrilişinə cəhdlə bağlı yayılan məlumatlara münasibət bildirib.
APA xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov gələn xəbərləri çox narahatedici adlandırıb.
"Əlbəttə ki, çox narahatedici xəbərlər gəlir. Ona görə də xəbərləri diqqətlə izləyirik. Bizdə daha ətraflı məlumat yoxdur", - o deyib.
Bundan əvvəl məlum olub ki, bu gün Bişkekdə kütləvi həbslər baş verib. Saxlanılanların dövlət çevrilişinə hazırlaşdıqları bildirilir.
Qırğızıstan MTN saxlanılanlarla bağlı daha sonra məlumat verəcəyini bildirib.