Bank Of Baku

Kreml Ramzan Kadırovun səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Kreml Ramzan Kadırovun səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib
# 18 sentyabr 2023 13:22 (UTC +04:00)

Kreml Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Kadırovun sağlamlıq vəziyyəti ilə bağlı arayış vermədiyini, bunun prezident administrasiyasının məsələsi olmadığını söyləyib.

Peskov Çeçenistan rəhbərinin ötən həftəsonu Rusiya Prezidenti Vladimir Putinlə görüşmədiyini də əlavə edib.

Qeyd edək ki, Rusiyanın teleqram kanalları Kadırovun səhhətinin pisləşdiyi, hazırda Mərkəzi Klinik xəstəxanada kəskin böyrək çatışmazlığından komaya düşməsi ilə bağlı məlumatlar yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR