Bank Of Baku

Kreml Rusiya aktivlərinin müsadirəsi ilə bağlı Qərbə xəbərdarlıq edib

Kreml Rusiya aktivlərinin müsadirəsi ilə bağlı Qərbə xəbərdarlıq edib
# 08 noyabr 2023 14:15 (UTC +04:00)

Rusiyanın Qərbdəki aktivlərinin müsadirəsi ciddi nəticələrə gətirib çıxaracaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu addımlara qarşı Rusiya tərəfindən cavab tədbirləri görüləcək.

Peskov qeyd edib ki, həm ABŞ, həm də Avropa Rusiya aktivlərinin qanunsuz olaraq müsadirəsini davam etdirmək üçün ardıcıl çalışırlar.

"Bu, qanunsuzdur, bütün mümkün qaydalara ziddir. Bu, əlbəttə ki, ölkəmiz tərəfindən mübahisələndiriləcək . Həm də qeyri-müəyyən müddətə mübahisələndiriləcək. Bu, belə qərarlar qəbul edən və bu cür qərarlardan sui-istifadə edənlər üçün çox ciddi məhkəmə və hüquqi xərclərə səbəb olacaq”, - deyə Kremlin sözçüsü vurğulayıb.

O əlavə edib ki, Rusiya hakimiyyət orqanları cavab tədbirləri hazırlayacaq, lakin onların “güzgü effekti” kimi görünməsi ehtimalı azdır: “Ancaq onlar bizim maraqlarımıza uyğun olacaq”, deyə Peskov yekunlaşdırıb.

Qeyd edək ki, ötən gecə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi prezidentə Rusiyanın suveren aktivlərini müsadirə etmək, dövlət katibinə isə onları Ukrayna və beynəlxalq təşkilatların xeyrinə vermək hüququ verən qanun layihəsini dəstəkləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR