Rusiya Ukraynada xüsusi əməliyyatların aparılmasına görə digər ölkələrə yardım üçün müraciət etməyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya Ukraynada əməliyyat keçirmək potensialına malikdir. Digər ölkələrə yardım göstərmələri üçün müraciət etməmişik”, - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarla bağlı Çindən yardım istədiyi ilə bağlı məlumat yayılıb.