Kreml: Rusiya Ermənistanı müttəfiqi hesab edir

Kreml: Rusiya Ermənistanı müttəfiqi hesab edir
# 30 noyabr 2023 13:11 (UTC +04:00)

Rusiya Ermənistanı müttəfiqi hesab edir. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistanla münasibətləri inkişaf etdirməyi planlaşdırır.

“Ermənistan suveren ölkədir, kiminlə lazım bilirsə, onunla münasibətləri inkişaf etdirir. Rusiya Ermənistanı müttəfiq, dost ölkə hesab edir və müttəfiqlik münasibətlərini inkişaf etdirməyi planlaşdırır", - Kremlin sözçüsü Ermənistanın Böyük Britaniya ilə hərbi əməkdaşlığına dair sualı cavablandırarkən deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR