Bank Of Baku

Kreml Rusiya hərbçilərinin Gürcüstan vətəndaşını öldürməsi xəbərinə münasibət bildirib

Kreml Rusiya hərbçilərinin Gürcüstan vətəndaşını öldürməsi xəbərinə münasibət bildirib
# 07 noyabr 2023 13:56 (UTC +04:00)

Kremlin mətbuat katibi Dmitri Peskov Cənubi Osetiya ilə sərhəddə Rusiya hərbçilərinin Gürcüstan vətəndaşını öldürməsinə münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin sözçüsü məlum insidentlə bağlı məlumatının olmadığını söyləyib.

"Xeyr, bu məsələ ilə bağlı məlumatım yoxdur. Məndə heç bir məlumat yoxdur", - Peskov jurnalistin Kremlin Cənubi Osetiya ilə demarkasiya xətti yaxınlığındakı vəziyyətlə bağlı məlumatının olub-olmaması ilə bağlı sualına cavabında bildirib.

Qeyd edək ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Gürcüstan vətəndaşının Rusiya hərbçiləri tərəfindən qətlə yetirilməsi barədə məlumat yayıb.

Məlumtda DTX insidentin işğal altındakı Cənubi Osetiya bölgəsinin Qori munisipalitetinin Kirbali kəndi ilə həmsərhəd hissəsində baş verdiyini bildirib. Qeyd olunub ki, noyabrın 6-da yerli sakini qanunsuz olaraq saxlamağa çalışan Rusiya hərbçiləri atəş açaraq onu qətlə yetirib. Məlumata görə daha bir Gürcüstan vətəndaşı saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR