Bank Of Baku

Kreml: Rusiya hücumla bağlı Bryanskda hərbi vəziyyət elan etməyib

Kreml: Rusiya hücumla bağlı Bryanskda hərbi vəziyyət elan etməyib
# 03 mart 2023 13:49 (UTC +04:00)

Bryansk vilayətinə hücumla əlaqədar bir sıra rayonlarda hərbi vəziyyətin tətbiqi ilə bağlı qərarlar qəbul edilməyib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Bryansk vilayətində baş vermiş terror aktı araşdırılacaq və gələcəkdə bunun qarşısının alınması üçün tədbirlər görüləcək.

Kremlin sözçüsünün sözlərinə görə, Qərbin Kiyevə silah tədarükünü artırması ölkələrin iqtisadiyyatına ağır yüklər qoyur, vətəndaşların rifahına mənfi təsir göstərir.

Peskov bu günə planlaşdırılan Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsi barədə də danışıb. O, Putinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşünün həmişə olduğu kimi, bağlı qapılar arxasında keçiriləcəyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR