Bank Of Baku

Kreml: Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi hələlik dayandırılıb

Kreml: Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi hələlik dayandırılıb
# 17 sentyabr 2025 14:48 (UTC +04:00)

Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsinə hələlik fasilə verilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva ilə Kiyev arasında hərbi əsir mübadiləsinə hələlik fasilə verilib, lakin bu davam etdirilə bilər.

"Söhbət bundan gedir, amma hələlik, görürsünüz, burada da müəyyən fasilə var. Bu, eyni zamanda, bu mübadilələrin davam etdirməyəcəyi anlamına gəlmir", - Kremlin sözçüsü hərbi əsirlərin mübadiləsi və meyitlərin təhvil verilməsi ilə bağlı vəziyyətlə bağlı sualı cavablandırarkən deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR