Bank Of Baku

Kreml: Rusiya-Polşa münasibətlərini yaxşı heç nə gözləmir

Kreml: Rusiya-Polşa münasibətlərini yaxşı heç nə gözləmir
# 02 may 2023 16:16 (UTC +04:00)

Moskva və Varşava arasında münasibətlər, Polşa hakimiyyətinin davranışına görə, çətin ki, müsbət dinamika əldə etsin.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib

“Polşa hakimiyyətinin indiki davranışını nəzərə alsaq, ikitərəfli münasibətlərimizi yaxşı heç nə gözləmir”, deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov onu da qeyd edib ki, total rusofobiya Polşanın Rusiyaya qarşı adekvat addımlar atmasına mane olur. “Görünür, Polşa hakimiyyətinin beynini zəbt etmiş rusofobiya onları Rusiya ilə bağlı hər şeyə ayıq-sayıq yanaşmaqdan, həm də az-çox başa düşülən və düşünülmüş hərəkətlər etmək imkanından tamamilə məhrum edir. Bütün bunlar nəticəsiz qala bilməz”, - deyə Kremlin rəsmi nümayəndəsi əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR